Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Didye Droqbanın oğlu itkin düşüb.
Apasport.az saytının məlumatına görə, Portuqaliyanın ikinci liqa klubu “Koimbra”da çıxış edən İsak Droqba Fransaya getdikdən sonra itib.
21 yaşlı futbolçu Parisə universitet imtahanlarını vermək üçün yollansa da, geri qayıtmayıb. Klub rəhbərliyi yanvarda komandanın düşərgəsini tərk edən oyunçunu hələ də tapa bilmir.
Droqba 2021-ci ilin avqustunda “Koimbra”ya transfer olunub. O, son matçını da yanvarda keçirib.
Qeyd edək ki, atasının şərəfini qoruduğu “Çelsi”nin akademiyasında yetişən İsak Fransada “Genqam”ın U-19 və B komandasında, İtaliyanın “Karatese” klublarında da oynayıb.