Belçika millisinin və “Tottenhem”in sabiq futbolçusu Musa Dembele karyerasını başa vurub.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin son klubu “Quançjou” olub.
2019-21-ci illərdə Çin təmsilçisində çıxış edən Dembele karyerasını elə Asiya klubunda yekunlaşdırmağa üstünlük verib. Musa özü üçün doğma olan Antverpendə məskunlaşmaq və ailəsinə daha çox ayırmaq niyyətindədir.
Qeyd edək ki, Musa karyerası ərzində “Jerminal”, “Villem”, “Alkmaar”, “Fulhem”, “Tottenhem” və “Quançjou”da çıxış edib. O, yığma ilə DÇ-2018-in bürünc mükafatçısı olub.