"Dedilər çıxmasan, özümüz kənarlaşdıracağıq"  - "Milan"ın müdafiəçisindən ŞOK ETİRAF
20 dekabr 2025 19:45 (UTC +04:00)

"Dedilər çıxmasan, özümüz kənarlaşdıracağıq" - "Milan"ın müdafiəçisindən ŞOK ETİRAF

0

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun müdafiəçisi Theo Hernandez “Milan”dan rəhbərliyin təzyiqi ilə ayrıldığını bildirib.

Lent.az xəbər verir ki, futbolçu özünün “Milan”I tərk etmək istəmədiyini deyib:

“Milanı heç vaxt tərk etmək istəmirdim. Qalmaq istəyirdim, amma rəhbərlikdən zəng edib dedilər ki, əgər qalsan, səni heyətdən kənarlaşdıracağıq. O zaman tək variantım yeni klub axtarmaq oldu”.

28 yaşlı fransız futbolçu yayda “Əl-Hilal” klubuna 25 milyon avro qarşılığında transfer olunub. Bu mövsüm Theo Hernandez bütün turnirlər üzrə 16 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar