Danimarka  millisinin hücumçusu   “Mançester Yunayted”də 
05 avqust 2023 17:51 (UTC +04:00)

Danimarka millisinin hücumçusu “Mançester Yunayted”də 

“Atalanta”nın danimarkalı hücumçusu Rasmus Hoylunn “Mançester Yunayted”ə keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hoylunnun müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulur, bir mövsüm daha uzatma imkanı var. Daha əvvəl 20 yaşlı futbolçunun transferinin “Mançester Yunayted”ə 70 milyon avrodan çox başa gəldiyi bildirilirdi.

Hoylunn “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın “Şturm” klubundan alıb.

Danimarka millisinin heyətində futbolçu altı oyunda altı qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar