Meksikanın “Pumas” klubunun və Braziliya millisinin müdafiəçisi Dani Alves cinsi təcavüzdə şübhəli bilinərək, Barselonada saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu gün səhər saatlarında 39 yaşlı braziliyalı Kataloniyanın paytaxtına polis bölməsində dindirilmək üçün gəlib, sonra isə nəzarətə götürülüb. Məlumata görə, yaxın vaxtlarda məhkəmə cəza tədbiri seçiləcək.
Alves dekabrın 30-da Barselonada gecə klubunda gənc qadına təcavüz etməkdə şübhəli bilinir.