Stiven Cerrard
16 aprel 2021 17:22 (UTC +04:00)

Stiven Cerrard

Cerrardın sirri, taksi sürücüsü Rivaldo, narkobaronun kəşfi ... – GİZLİ MƏQAMLAR

Futbol, şübhəsiz ki, dünyanın ən çox sevilən idman növüdür.

Apasport.az saytının məlumatına görə, müasir dövrdə internet vasitəsilə ulduz futbolçuların karyeraları ilə yanaşı, həyatları haqda da məlumat əldə etmək mümkündür.

Ancaq bəzi hadisələr çox vaxt gizli qalır. Yəqin ki, bu yazıda sadalanan məqamların çoxunu ilk dəfə oxuyacaqsınız.

1. Karyerası ərzində saysız-hesabsız futbolçu ilə formasını dəyişdirən “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard heç vaxt “Mançester Yunayted”in oyunçularının formasını almayıb.

2. Lionel Messinin ayaqqabısının ölçüsü Kriştiano Ronaldonun ayaqqabısından böyükdür.

3. Almaniya Bundesliqası tarixində ən uzaq məsafədən qol buraxan qapıçı Manuel Noyerdir (73 m).

4. “Real” ardıcıl 5 mövsüm (2009/10 – 2013/14 mövsümləri arası) 100-dən çox qol vuran yeganə klubdur.

5. İngiltərə “Şeffild”i dünyanın ən yaşlı (1857-ci il) klubudur.

6. Con Terri və Stiven Cerrard uşaq vaxtı “Mançester Yunayted”in seçimlərinə qatılıb.

7. Kriştiano Ronaldo və Zlatan İbrahimoviç keçirdikləri oyunların bütün dəqiqələrdən qol vurmağı bacarıb.

8. Jerar Pike bir mövsüm çəkən “Mançester Yunayted” macərasının ilk oyununda hücumçu kimi çıxış edib.

9. Rivaldo peşəkar futbola başlamazdan əvvəl taksi sürücüsü işləyib.

10. Canluici Buffon “Parma”nın aşağı yaş qruplarına qatıldığı zaman ilk olaraq yarımmüdafiəçi kimi çıxış edib. Bir gün komandanın bütün qapıçıları zədəli olduğu üçün çərçivəyə keçib və daimi orada qalıb.

11. Lionel Messinin ən çox məyus etdiyi qapıçı İker Kasilyasdır. Kasilyasın ən çox zərbəsini dəf etdiyi futbolçu isə Messidir.

12. Heç bir futbolçu Viktor Valdesə qarşı het-trik edə bilməyib.

13. Toni Kroos iki fərqli klubla Çempionlar Liqasını qazanan yeganə almaniyalıdır. Həmçinin Şərqi Almaniyada anadan olan yeganə dünya çempionudur.

14. Frenk Lempardın İQ-si 150-dən yüksəkdir.

15. Hames Rodriges məşhur narkobaron Pablo Eskobarın keçmiş köməkçilərindən Upequi Lopes tərəfindən kəşf edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2533

Oxşar yazılar

İlham Əliyevin nəvəsi  kunq-fu üzrə dünya çempionu oldu

İlham Əliyevin nəvəsi kunq-fu üzrə dünya çempionu oldu

18 may 2025 , 16:27
Mbappenin sevimli yeməyi:  milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

Mbappenin sevimli yeməyi: milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

18 may 2025 , 14:36
Dünyanın  ən gözəl hokkeyçisi   elə  FOTOLAR   paylaşdı ki...

Dünyanın ən gözəl hokkeyçisi elə FOTOLAR paylaşdı ki...

18 may 2025 , 12:31
Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00