Cənubi Koreya millisinin  baş məşqçisi   oldu
27 fevral 2023 17:39 (UTC +04:00)

Cənubi Koreya millisinin baş məşqçisi oldu

Yurqen Klinsmann məşqçiliyə qayıdır. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Almaniya millisinin əfsanəvi hücumçusu Cənubi Koreya millisinə rəhbərlik edəcək. Bu barədə Koreya Futbol Assosiasiyası rəsmi məlumat yayıb. Razılaşmanın təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl komandanın baş məşqçisi Paulo Bento idi. Onunla Koreya 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/8 finalına çıxıb, lakin orada braziliyalılara məğlub olub, bundan sonra portuqaliyalı mütəxəssis istefa verib.

Yurqen Klinsmanna gəlincə, 58 yaşlı mütəxəssis daha əvvəl Almaniya və ABŞ millilərini, həmçinin Almaniyanın “Bavariya” və “Herta” komandalarını çalışdırıb. Almaniya millisi ilə 2006-vı ildə dünya çempionatının bürünc mükafatçısı olub və Amerika komandası ilə CONCACAF Qızıl kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar