Neymar deyib ki, PSJ Çempionlar Liqasını qazana bilməyib, çünki futbol həmişə ədalətli deyil.
Lent.az xəbər verir ki, Paris klubu heç vaxt turnirin qalibi olmayıb. Son iki mövsümdə klub 1/8 final mərhələsində - müvafiq olaraq "Real" və "Bavariya"ya məğlub olub.
“Bizim çox güclü komandamız var idi. Messi, Mbappe və mən dünyanın ən yaxşı oyunçularıyıq. Biz bunu bilirdik, amma təəssüf ki, alınmadı. Bu xoşagəlməz idi.
Biz hər şeyi qazanmaq istəyirdik, amma futbol həmişə ədalətli olmur”, - Neymaq vurğulayıb.