“Çelsi” və PSJ onu  130 milyona   ala bilər
22 fevral 2024 17:33 (UTC +04:00)

“Çelsi” və PSJ onu 130 milyona ala bilər

"Napoli"nin hücumçusu Viktor Osimhen yayda Avropanın top klublarından birinə keçməyə hazırdır. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin sözlərinə görə, artıq “Çelsi” və PSJ təmsilçiləri nigeriyalı hücumçunun transferi üzərində işləyirlər. Hər iki klub 25 yaşlı futbolçunu 130 milyon avroya ala bilər. Bu məbləğ futbolçunun müqaviləsində “Napoli”dən getməsi üçün nəzərdə tutulur. 

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Hücumçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 19 oyun keçirib və 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. 

“Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

Daha əvvəl məlum olub ki, “Napoli” rəhbərliyi gələn yay Osimeni klubda saxlamayacaq.
 

# 3444
avatar

Oxşar yazılar