“Çelsi” və “Monako” milyardı arxada qoydu 
08 fevral 2022 06:19 (UTC +04:00)

“Çelsi” və “Monako” milyardı arxada qoydu 

“Böyük beşlik”də yalnız iki klub son 10 mövsümdə futbolçu satışından 1 milyard avrodan çox gəlir əldə edib.

Apasport.az saytının məlumatına görə, rekord İngiltərə “Çelsi”sinə məxsusdur.

Avropada ortabablardan sayılan “Monako” isə ikinci pillədə qərarlaşıb. “Atletiko”nun milyardı keçməsi üçün cəmi 5 milyon çatmayıb.

10 ən çox qazanan klub arasında İngiltərə və İspaniyanın hərəsindən üç komanda yer alıb. İtaliyanın iki, Fransa və Almaniyanın bir təmsilçisi cədvələ düşüb.

Futbolçu satışından ən çox qazananlar (milyon avro ilə)
1. “Çelsi” - 1201
2. “Monako” - 1104
3. “Atletiko” - 995
4. “Real” - 984
5. “Yuventus” - 981
6. “Barselona” - 980
7. “Borussiya” D - 892
8. “Roma” - 874
9. “Liverpul” - 781
10. “Mançester Siti” – 715

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar