“Çelsi” onun üçün  130 milyon   ödəyəcək
01 yanvar 2023 18:52 (UTC +04:00)

“Çelsi” onun üçün 130 milyon ödəyəcək

“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”yə keçməyə yaxındır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat verib.

Onun sözlərinə görə, futbolçunun transferi "mavilər"ə 130 milyon avroya başa gələcək. Londonlular belə qiyməti iki səbəbə görə təklif ediblər: birincisi, oyunçu uğrunda mübarizədə qalib gəlmək, ikincisi, sərfəli ödəniş cədvəli ilə razılaşmaq.

Qeyd olunur ki, yarımmüdafiəçi artıq İngiltərənin paytaxtına keçməyə razılaşıb.

Xatırladaq ki, 21 yaşlı Fernandes mundialda qalib gəldikdən sonra Avropadan bir sıra təkliflər alıb: o, 7 oyun keçirərək (1 qol və 1 məhsuldar ötürmə) Argentina millisinin mundialda qalib gəlməsinə kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar