Premyer Liqanın 9-cu turunun oyunları İsrail və Fələstində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçular, məşqçilər və rəsmilər də bütün qurbanlara hörmət əlaməti olaraq qollarına qara sarğı taxacaqlar. Bundan əlavə, Premyer Liqa Britaniya Qızıl Xaç Cəmiyyətinə ianə verəcək.
İngiltərə çempionatında 9-cu turun oyunları oktyabrın 21-dən 23-dək keçiriləcək.