Bu klub "Barselona"nın 5 oyunçusunu alır
08 iyul 2023 10:10 (UTC +04:00)

Bu klub "Barselona"nın 5 oyunçusunu alır

İspaniyanın “Betis” klubu heyətini ciddi şəkildə gücləndirmək istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, komanda bu səbəblə “Barselona”nın beş gənc oyunçusunu bir anda almağı düşünür. Söhbət qapıçı Arnau Tenas, yarımmüdafiəçilər Pablo Torre, Niko Qonzales, eləcə də hücumçular Aleks Kollado və Abde Ezzalzulidən gedir. Bu barədə jurnalist Ferran Martinez Tvitter hesabında məlumat verib.

“Real Betis” üçün ən real transfer “Barselona”nın növbəti satışın faizi ilə pulsuz buraxmağa hazır olduğu Kolladodur. Tenas azad agentdir, lakin Kataloniya klubu onunla yeni müqavilə imzalamaq, sonra icarəyə göndərmək istəyir. Torre və Qonzalesin də “Barselona”da qalma ehtimalı azdır. Klub onları oyun təcrübəsi almaq üçün göndərmək istəyir. Abdenin komandadakı taleyini mövsümöncəsi təlim-məşq toplanışından sonra Xavi həll edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6207
avatar

Oxşar yazılar