“Barselona” tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mövsüm başa çatdıqdan sonra İspaniya təmsilçisinin adıçəkilən ölkədə yoxlama görüşü təşkil olunacaq.
Xavi Ernandesin yetirmələri mayın 25-də Avstraliya liqasının ən yaxşı futbolçularından (A-Leagues All Stars) ibarət komandası ilə qarşılaşacaq. Oyun Sidneydəki 80 min tamaşaçı tutumuna malik “Accor” stadionunda olacaq.
Maraqlıdır ki, əvvəllər “Barselona”nın heç bir komandası istər peşəkar, istərsə də həvəskar səviyyədə Avstraliyada oyun keçirməyib.