İngiltərə çempionatının 29-cu turunun oyununda "Şeffild Yunayted" "Mançester Yunayted"ə 2:4 hesabı ilə məğlub olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Şeffild Yunayted" Premyer Liqanın bu mövsümündə 34 oyunda 92 qol buraxıb. Beləliklə, komanda 2007/2008 mövsümündə “Derbi Kaunti”nin müəyyən etdiyi 38 oyunluq mövsümdə buraxılan qollar üzrə liqa rekordunu qırıb (89 qol).
42 oyunluq mövsümdə buraxılan qollara görə İngiltərə çempionatının rekordu 1993/1994 mövsümündə “Suindon Taun” tərəfindən qoyulmuş 100 qoldur.
“Şeffild Yunayted” 34 turdan sonra 16 xal toplayıb və liqa cədvəlində sonuncu yerdədir.