“Los-Anceles Leykers”in keçmiş basketbolçusu Mecik Conson 1 milyard avro qazanan dördüncü idmançı olub.
Lent.az vildirir ki, bu barədə “Forbes” xəbər verir.
Əvvəllər belə maliyyə statusuna basketbolçular Maykl Cordan, Lebron Ceyms və qolfçu Tayqer Vuds nail olub. Consonun sərvətinin 1,2 milyard avro olduğu qeyd edilir.
Mecik Conson “Los-Anceles Leykers” ilə Milli Basketbol Assosiasiyasının (NBA) qalibi olub. Consonun bir neçə Amerika komandasında payı var. İdmançı kinoteatrlara, iaşə obyektlərinə və digər sahələrə də sərmayə qoyur.
Conson həmçinin İsveçin “Macik M7 Buros” komandasında və Danimarkanın “Mecik Qreyt Danc” komandasında oynayıb. 1994-cü ildə o, "Leykers"in məşqçisi olub. 1992-ci ildə ABŞ komandasının tərkibində olimpiya çempionu olub.