Türkiyənin “Beşiktaş” klubu bu sezon 3-cü baş məşqçisi Rza Çalımbayla da yollarını ayırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, liqanın 17-ci turunda klub öz evində “Alanyaspor”a 3-1 hesabı ilə məğlub olub. Bundan sonra klub rəhbərliyi baş məşqçini istefaya göndərib.
Hazırda “Beşiktaş”ın maliyyə durumuna görə yeni baş məşqçi alacağı gözlənilir. Türkiyədə əsas namizəd Sergen Yalçın olsa da, siyahıda xarici namizədlərin çoxluğu üstünlük edir.
Qeyd edək ki, bundan əvvəl “Beşiktaş” Şenol Güneş və Burak Yılmazla da yollarını ayırıb.