"Bavariya" və "Yuventus"  qiyməti ilə bağlı   razılığa gəlmədi
02 iyun 2023 18:21 (UTC +04:00)

"Bavariya" və "Yuventus" qiyməti ilə bağlı razılığa gəlmədi

"Bavariya" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etməyə hazırlaşır.

Lent.az bildirir ki,  bu barədə “Corriere dello Sport” xəbər verir.

Mənbənin məlumatına görə, Münhen klubu 23 yaşlı serb üçün 55-60 milyon avro ödəməyə hazırdır. "Bavariya"nın baş məşqçisi Tomas Tuxel Vlahoviçi prioritet hədəf adlandırıb.

Lakin tərəflər qiymətlə bağlı razılığa gəlməyiblər. "Yuventus" futbolçu üçün təxminən 90 milyon alacağını gözləyir. Daha əvvəl Vlahoviçlə "Çelsi"nin də maraqlandığı bildirilirdi.

Serbiyalı bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Vlahoviçin Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Portal “Transfermarkt” onun transfer dəyərini 75 milyon avro qiymətləndirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar