"Bavariya"nın və "Real"ın sabiq baş məşqçisi Yupp Haynkes ürəyindən əməliyyat olunduqdan sonra vəziyyəti ilə bağlı danışıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 77 yaşlı mütəxəssis Düsseldorfdakı xəstəxanada müalicə olunur.
“Həyatımın ən pis dövrü idi. Yuxusuzluğum var idi, mənə elə gəldi ki, əzab içində öləcəyəm. Hər şey düzəldi. Mənə qayğı göstərən bütün həkimlərə və tibb işçilərinə minnətdarlığımı bildirirəm”, - Almaniya mətbuatı Haynkesin sözlərindən sitat gətirib.
Əlavə edək ki, Haynkes məşqçilik karyerasını 2018-ci ildə başa vurub. O, "Bavariya", "Real", "Atletik Bilbao"nu çalışdırıb.