Baş məşqçisi Ole-Qunnar Sulşer və Kriştiano Ronaldo
25 sentyabr 2021 13:20 (UTC +04:00)

Baş məşqçisi Ole-Qunnar Sulşer və Kriştiano Ronaldo

Baş məşqçi: “Ronaldo 40 yaşına qədər oynaya bilər”

“Ronaldo 40 yaşına qədər indiki kimi oynaya bilər. Mən buna təəccüblənmərəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli mütəxəssis İngiltərə klubunun ulduz hücumçusu Kriştiano Ronaldonun fiziki hazırlığını qiymətləndirib: “Burada həlledici məqam onun özünə necə baxmasıdır. Üstəlik, genetika da burada sözünü deyir. O, məhz belə oyunçudur. Meydanda enerjisini son damcısına qədər istifadə edir, tam gücünü qoyur. O, öz fiziki durumuna görə alqışa layiqdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar