Baş məşqçi  oyunçularla dalaşıb   İSTEFA verdi
15 dekabr 2022 15:43 (UTC +04:00)

Baş məşqçi oyunçularla dalaşıb İSTEFA verdi

Hollandiya klubu “Utrext”in baş məşqçisi Henk Freyzer istefa verdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın rəsmi saytı xəbər verir.

Bundan əvvəl Freyzer klubun idman direktorunun iştirakı ilə komandanın yarımmüdafiəçisi Amin Yuneslə dava edib.

“Bir məşqçi kimi mənim başıma belə bir şey gəlməyib. Bu, nə mənə, nə də kluba yaraşmır, kluba ziyan vururam və bu, mən də daxil olmaqla bir çox insanı incidir”, - bu ilin avqustundan kluba rəhbərlik edən Freyzer deyib.

Məşqçi üzr istəyib və baş məşqçi postundan getdiyini açıqlayıb.

14 turdan sonra "Utrext" 24 xal toplayıb və Hollandiya çempionatının yüksək divizionunda yeddinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar