Baş məşqçi klubdan çıxmaq istəyən futbolçunu cəzalandırdı
09 avqust 2024 16:18 (UTC +04:00)

Baş məşqçi klubdan çıxmaq istəyən futbolçunu cəzalandırdı

"Atalanta"nın baş məşqçisi Gian Piero Qasperini bildirib ki, hollandiyalı yarımmüdafiəçi Teun Kopmeynersin "Yuventus"a keçməsinə acıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu buna görə komanda ilə işləməkdən uzaqlaşdırılıb. Baş məşqçi deyib ki, klub 3 oyunçu itirdiyinə görə, rəqabətə az davamlıdır:

“Kopmeyners “Yuventus”a keçməyə qərar verib. Bundan sonra bizimlə oynamayacaq və məşq etməyəcək. O, özünü stressli hiss edir və bu münasibətlə nə özünə, nə komandaya, nə də komanda yoldaşlarına faydalı ola bilməz.

Keçən həftəyə qədər Kopmeyners üçün işlər çox yaxşı gedirdi. Futbolçunun artıq "Yuventus"la anlaşması var və klub da öz növbəsində bu vəziyyətdən şantaj edildiyini hiss etdiyi üçün çox güclü mövqe tutub. Bu vəziyyət bir az fərqlidir. Mən futbolçunu, eləcə də “Atalanta”nın münasibətini başa düşürəm.

Məsələ burasındadır ki, üç çox vacib oyunçumuzu (zədəli Skalvini və Skamakka, həmçinin Kopmeyners) itirdik. Bu itkilər texniki cəhətdən komandadan çox şey alır. Biz kritik vəziyyətdəyik, klub bununla məşğul olacaq, lakin indi komanda ötən mövsümün sonundakından qat-qat az rəqabətə davamlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar