"Real"ın keçmiş kapitanı Serxio Ramos karyerasını MLS-də davam etdirəcək.
Lent.az bildirir ki, bu barədə “Diario Sport” yazır.
Mənbənin məlumatına görə, ispaniyalı "İnter Mayami"yə keçməyə yaxındır.
Xatırladaq ki, Ramos bu yay PSJ-dən azad agent kimi ayrılıb. Fransa çempionatının son mövsümündə 37 yaşlı futbolçu 33 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Əvvəllər "İnter Mayami" "Barselona"nın keçmiş oyunçuları ilə müqavilə imzalayıb: Lionel Messi, Serxio Buskets və Jordi Alba.