"Santos"un hücumçusu Neymar yayda "Barselona"ya qayıtmaq istədiyini bildirib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, braziliyalının agenti Pini Zahavi ilə Kataloniya klubu rəhbərliyi arasında aparılan danışıqların təfərrüatları məlum olub. Bildirilir ki, kataloniyalı bosslar Neymarın "Santos"un heyətində 15 qol vuracağı təqdirdə onu transfer etməyi düşünəcəklər.
33 yaşlı hücumçu "Barselona"nın şərtlərini yerinə yetirmək üçün hər oyunda qol vurmalı olacaq. Neymarın “Santos” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatana qədər 12 oyunu qalıb.
Xatırladaq ki, Pini Zahavi “Barselona”nın baş məşqçisi Hans-Diter Flik və kataloniyalı hücumçu Robert Levandovskinin maraqlarını təmsil edir, həmçinin klub prezidenti Joan Laporta ilə dostluq münasibətindədir.
Neymar 2009-2013-cü illərdə "Santos"da çıxış edib. 2025-ci ildə ağ-qaralara qayıtdıqdan sonra o, yeddi oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
Transfermarkt oyunçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.