"Barselona" ilə oyunda "İnter" azarkeşinin ürəyi dayandı
08 may 2025 09:37 (UTC +04:00)

"Barselona" ilə oyunda "İnter" azarkeşinin ürəyi dayandı

Çempionlar Liqasında "Barselona" ilə yarımfinalın cavab oyununa (4:3) gələn "İnter" azarkeşinin ürəyi dayanıb.

Lent.az xəbər verir ki, görüşün sonunda 40 yaşlı kişi qəfil huşunu itirərək yerə yıxılıb. Azarkeşə dərhal yardım göstərilib və ürək fəaliyyəti bərpa olunub. Zərərçəkmiş komaya salınıb.

Kişinin vəziyyəti stabilləşdikdən sonra xəstəxanaya aparılıb. O, hazırda komadadır və bu gün, mayın 8-də komadan çıxarılmalıdır. Onda nevroloji pozğunluq əlamətləri müşahidə edilməyib.

Qeyd edək ki, iki oyunluq qarşıdurmanın ardından Fransanın PSJ-si ilə qarşılaşacaq “İnter” Çempionlar Liqasının finalına yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar