"Barselona" Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı keçirdiyi iki oyunda 7 qol buraxıb.
Lent.az xəbər verir ki, Kataloniyada baş tutan ilk görüş 3:3, Milanda keçirilən cavab oyunu əlavə vaxtda ispanların 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Kataloniya komandası 2013-cü ildən bəri ilk dəfədir ki, Avropanın bir pley-off mərhələsində bu qədər çox qol buraxır. 2012/2013 mövsümündə "Barselona" Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya ümumi 0:7 (0:4 və 0:3) hesabı ilə uduzub.