2022-ci ildə 55 milyon avroya kluba keçən "Barselona"nın hücumçusu Ferran Torres bu yay klubdan ayrılacaq.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, rəhbərlik bu mövsümün ispaniyalı oyunçunun klubdakı son mövsümü olacağına qərar verib. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Hücumçunun ayrılmasına səbəb mövsüm boyu nəticə göstərməməsi, eləcə də katalonların maliyyə çətinlikləridir. Komandaya hər oyunda fərq yarada biləcək hücumçu lazımdır.
Həmçinin qeyd etmək lazımdır ki, Levandovski də bu yay klubdan ayrıla bilər. Polşalı hücumçunun ayrılması "Barselona"nın yeni oyunçu əldə etmək üçün maliyyə vəziyyətini yaxşılaşdıracaq.
Bundan əlavə, klub Torresi 60 milyon avrodan çox qiymətə satmağı planlaşdırır ki, bu məbləğ komandanın bu yay digər transferlər etməsinə kömək edəcək.