Braziliyanın “Palmeyras” klubunun 16 yaşlı sağ cinah oyunçusu “Messinyo” ləqəbli Estevao Villian bir sıra Avropa klublarının transfer maraq obyektinə çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, gənc braziliyalı ilə “Barselona”, PSJ, “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” maraqlanır. Futbolçu özü isə kataloniyalılara keçməyə meyllidir. Lakin, 60 milyon avroluq sərbəst qalma müddəasını ödəməyə hazır olmayan “blauqrana”nın maddi vəziyyətinin maneəyə çevrilə biləcəyi bildirilir. Eyni zamanda, Estevao Villian 2025-ci ilin aprelində 18 yaşı tamam olana qədər Avropaya köçə bilməz.
Keçən 2023-cü il mövsümündə 16 yaşlı futbolçu Braziliya A Seriyasında 12-ci dəqiqədə əvəzedici kimi meydana çıxaraq debüt edib. “Palmeyras”ın gənclər komandası üçün Estevao Villian bütün yarışlarda 12 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Daha əvvəl Londonun “Çelsi” klubunun futbolçunun transferini reallaşdıra biləcəyi barədə məlumatlar yayılıb.