Uels millisinin və “Real”ın futbolçusu Qaret Beyl problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, böyük britaniyalının bar açmaq istəyi düyünə düşüb.
Beyl bu müəssisəni Bristol şəhərində açmağı planlaşdırır. Lakin şəhər əhalisi buna qarşı çıxıb.
Onlar Bristolda daha bir barın açılmasını istəmir. Bu da onunla bağlıdır ki, şəhərdə açılan hər yeni belə müəssisə ictimai durumu daha da pisləşdirir. Söhbət yaxın ərazilərdə cinayətlərin artmasından gedir.
Qeyd edək ki, Beylin açmaq istədiyi barla bağlı yekun qərar verilməyib.