
Bakıdakı Dünya Kuboku ləğv olundu
13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı Kubok ilə yanaşı, Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb.
Qeyd edək ki, 4-7 mart 2021-ci tarixlərində paytaxtımızda İdman gimnastikası üzrə Dünya Kuboku, Bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21-23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11-14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Oxşar yazılar

Ceko “Roma”nın heyətindən uzaqlaşdırıldı, klubdan gedə bilər
23 yanvar 2021 , 19:56
“Arsenal' İngiltərə Kubokundan kənarlaşdırıldı
23 yanvar 2021 , 19:08
“Qalatasaray”ın yeni transferi İSTANBULDA
23 yanvar 2021 , 15:00
Ozan Can Kökçü “Alkmaar”la oyunda debüt etdi
23 yanvar 2021 , 12:01
“Çelsi”nin baş məşqçisi postuna NAMİZƏDLƏR
23 yanvar 2021 , 00:10
“F-16-lar təyyarəmizi səmada əhatəyə aldılar... Dedim çox öpmə, səhv başa düşərlər” - SİRLİ ULDUZLAR
22 yanvar 2021 , 20:15
FİFA-nın keçmiş prezidenti komaya düşdü
22 yanvar 2021 , 19:17
Millimizin futbolçusuna Hollandiya klubunda yer açıldı
22 yanvar 2021 , 19:11