"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq tənqidlərin mərkəzində olması ilə bağlı açıqlama verib.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, hollandiyalı baş məşqçi deyib: "Tənqid təbiidir, çünki nəticələr gəlməyib. Amma uğur qazanacağıma əminəm. Hazırda pis vəziyyətdəyik, amma bütün məsuliyyəti öz üzərimə götürürəm. Bu, mənim üçün bir çağırışdır".
Onun fikrincə, yaxşı nəticələr əldə etmək üçün birgə hərəkət etməli, birlikdə mübarizə aparmalıdır: “Fulhem”, “Kopenhagen”, “Luton Tayn”, “Everton” və “Qalatasaray” ilə oyunlarımız var. Bu oyunları qazanmaq üçün bəzi işləri düzgün etməliyik".