“Azərsun Holdinq” minifutbol komandası ikiqat Avropa çempionudur
18 oktyabr 2024 15:31 (UTC +04:00)

“Azərsun Holdinq” minifutbol komandası ikiqat Avropa çempionudur

“Azərsun Holdinq”in minifutbol komandası Antalyada keçirilən” Euro Business Cup” çempionatda növbəti dəfə böyük uğur qazanıb. Turnirdə qrup mərhələsində yüksək performans göstərən komanda rəqiblərinə qarşı böyük əzmkarlıq nümayiş etdirərək qalib gəlib və qrup lideri olaraq finala yüksəlib.

Finalda “Azərsun” Rumınyanın “CATEN Racing” komandası ilə mübarizə aparıb. Bu həlledici qarşılaşma çox gərgin və dinamik keçib.

“Azərsun Holdinq”in minifutbol komandası oyun ərzində taktiki çeviklik nümayiş etdirərək, rəqibini 4-3 hesabı ilə məğlub etməyi bacarıb. Bu möhtəşəm qələbə nəticəsində ikiqat“Azərsun Holdinq” Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, “Azərsun Holdinq” keçən il də bütün rəqiblərini üstələyərək Avropa kubokunu Azərbaycana gətirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar