Azərbaycanda 50 min, Avropada 65 milyon: ən dəyərli qapıçılar
24 oktyabr 2021 18:00 (UTC +04:00)

Azərbaycanda 50 min, Avropada 65 milyon: ən dəyərli qapıçılar

“Transfermarkt” Avropada çıxış edən ən bahalı gənc qapıçıların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya nəşri 23 yaşadək qolkiperlər arasında ən dəyərli 5 nəfəri fərqləndirib.

Siyahıya yay fasiləsində “Milan”dan PSJ-yə azad agent kimi keçən Canluici Donnarumma başçılıq edir. İtaliya millisi ilə Avropa çempionu olan 22 yaşlı Donnarumma 65 milyon avroya bərabərdir. “Fənərbaxça”nın çərçivəsini qoruyan Türkiyə millisinin üzvü Altay Bayındır isə ilk “5-liy”ə düşməyi bacarıb. O, cədvəldəkilərdən “böyük beşlik” ölkələrindən kənarda çıxış edən yeganə qapıçıdır.

Müqayisə üçün deyək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 23 yaşadək qapıçılar arasında transfer qiyməti ən yüksək olan yerlilər Kamran İbrahimov (“Neftçi”) və Nicat Mehbalıyevdir (“Qəbələ”). Hər ikisinin dəyəri 50 min avrodur. “Qəbələ”nin 21 yaşlı ispaniyalı qolkiperi Kristof Atanqana isə 100 min avro dəyərindədir.

1. Canluici Donnarumma
Yaşı: 22
Ölkəsi: İtaliya
Klubu: PSJ
Transfer dəyəri: 65 milyon avro

2. İllan Meslier
Yaşı: 21
Ölkəsi: Fransa
Klubu: “Lids”
Transfer dəyəri: 20 milyon

3. Aaron Ramsdeyl
Yaşı: 23
Ölkəsi: İngiltərə
Klubu: “Arsenal”
Transfer dəyəri: 20 milyon

4. Qreqor Kobel
Yaşı: 23
Ölkəsi: İsveçrə
Klubu: “Borussiya”, Dortmund
Transfer dəyəri: 18 milyon

5. Altay Bayındır
Yaşı: 23
Ölkəsi: Türkiyə
Klubu: “Fənərbaxça”
Transfer dəyəri: 16 milyon

# 3870
avatar

Oxşar yazılar