Bu gün Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bununla çempionatda III dövrə başa çatacaq.
İlk görüş Qəbələdə olacaq. Eyniadlı komanda autsayderlər zonasında qərarlaşan “Keşlə”ni sınağa çəkəcək. Bir gün əvvəl “Sabah” qələbə qazandığından, “qırmızı-qaralar” da ən azı 4-cü pillədəki mövqeyini riskə atmamaq üçün doğma azarkeşləri önündə qalib gəlməlidir.
Tura və III dövrəyə paytaxt derbisi ilə yekun vurulacaq. Medallara iddia edən “Neftçi” ilə “Zirə” üz-üzə gələcək. Son çempion rəqibini əliboş yola salarsa, ikinci pillədəki mövqeyini möhkəmlədəcək. Əks təqdirdə, “Zirə” ikinci yeri ələ keçirəcək.
Qeyd edək ki, turun dünən keçirilən ilk iki oyununda “Qarabağ” “Səbail”i (5:1), “Sabah” isə “Sumqayıt”ı (3:0) məğlub edib.
Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Baş hakim: Fərid Hacıyev
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Baş hakim: İnqilab Məmmədov
“Bakcell Arena”