Azarkeş basketbolçunun arxadının üzünə  pivə qabı   vurdu
16 iyun 2023 12:45 (UTC +04:00)

Azarkeş basketbolçunun arxadının üzünə pivə qabı vurdu

Naməlum azarkeş "Denver"in basketbolçusu Nikola Yokiçin həyat yoldaşının üzünə pivə qabı ilə zərbə endirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Denverdə NBA çempionu olmuş yerli komandanın çempionluq paradı keçirilir. Oyunçular və onların ailələri klub avtobusunda şəhər ətrafında hərəkət ediblər.

Azarkeşlərdən biri pivə qutusunu ataraq serbiyalı basketbolçunun həyat yoldaşı Nataliyanın üzünə vurub. Onun qucağında bir yaş yarımlıq qızı da olub.

28 yaşlı Yokiç finalın ən dəyərli oyunçusu kimi tanınıb..


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar