AVRO-2020:  Türkiyə İsveçrə ilə QARŞILAŞACAQ
20 iyun 2021 06:14 (UTC +04:00)

AVRO-2020: Türkiyə İsveçrə ilə QARŞILAŞACAQ

 

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 oyun keçiriləcək.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gələcək.

Keçirdiyi hər iki qarşılaşmada quru hesabla uduzan Şenol Günəşin yetirmələri qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir. “Ay-ulduzlular” 3-cü yerlə 1/8 final şansının minimuma enməməsi üçün isə mümkün qədər böyük fərqə sevinməlidir.

Günün digər matçı qrup qalibini müəyyənləşdirəcək. Qol buraxmadan qələbələri sıralayan İtaliya millisi Romada Uelslə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsi iyunun 23-də başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu

20:00. İtaliya – Uels
Baş hakim: 
Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə
Baş hakim: 
Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

# 1989
avatar

Oxşar yazılar