Bu gündən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.
Apasport.az saytının məlumatına görə, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər.
u məntəqələr Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı), Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı), 1 saylı "ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı), 2 saylı "ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı), 3 saylı "ASAN xidmət” mərkəzidə (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı) satılacaq. Fanatlar biletləri eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də ala bilərlər.
Biletlərin qiymətləri üç kateqoriya üzrə dəyişir: 1-ci kateqoriya - 250 AZN, 2-ci kateqoriya - 150 AZN, 3-cü kateqoriya - 60 AZN.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.