Argentinada dünyanın ikinci ən böyük futbol stadionu  tikiləcək
29 yanvar 2026 11:33 (UTC +04:00)

Argentinada dünyanın ikinci ən böyük futbol stadionu tikiləcək

0

"River Pleyt" Argentina milli futbol komandasının da ev sahibliyi etdiyi ev stadionu olan "Estadio Monumental"ın əsaslı təmirini elan edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, layihədə stadionun tamaşaçı tutumunu hazırkı 85.000-dən 101.000-ə çatdırılması planlaşdırılır. "Estadio Monumental"ın təmirinin təxminən 18 ay çəkəcəyi və təxmini dəyərinin 100 milyon dollardan çox olacağı gözlənilir.

“Bu, tarixi bir gündür. “River Pleyt” idman infrastrukturunda modernləşmə, inkişaf və liderlik yolunu davam etdirir, Amerikanın ən böyük və ən əhəmiyyətli stadionu statusunu möhkəmləndirir və yeni qlobal standart müəyyən edir”, - “River Pleyt”in prezidenti Stefano Di Karlo bildirib.

“Monumental” stadionunun yenidən qurulması onu dünyada ikinci ən böyük futbol stadionuna çevirəcək və yalnız Barselonadakı "Kamp Nou" stadionundan sonra 105.000 tamaşaçı tutumuna malik olacaq.

Nominal olaraq dünyanın ən böyük futbol stadionu Pxenyandakı təxminən 114.000 tamaşaçı tutumuna malik “1 May” stadionudur. Lakin sonuncu dəfə 2017-ci ildə futbol oyununa ev sahibliyi edib.

“Estadio Monumental” 1938-ci ildə inşa edilib. Burada Dünya çempionatını finalı (1978-ci il), iki Copa America finalı (1987, 2011-ci illərdə) və Copa Libertadores finalı (2024-cü ildə) keçirilib. “Estadio Monumental”ın 2030-cu il Dünya çemppionatının bir oyununa ev sahibliyi etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar