"Araz Naxçıvan"ın Çempionlar Liqasında rəqibləri
07 iyul 2022 17:31 (UTC +04:00)

"Araz Naxçıvan"ın Çempionlar Liqasında rəqibləri

Futzal üzrə Çempionlar Liqasının 2022/23 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.

Mübarizəyə əsas mərhələdən start götürəcək ölkə çempionu B yolunda yarışacaq. Təmsilçimiz burada 5-ci qrupda yarışacaq. “Araz Naxçıvan”ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D və F qruplarının qalibləri olacaq.

Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 25-30-da keçiriləcək. B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq.

# 1503
avatar

Oxşar yazılar