Moskva "Lokomotiv"i baş məşqçi, almaniyalı Yozef Zinnbauerlə yollarını ayırıb.
Lent.az bildirir ki, bu barədə komandanın saytında məlumat yayılıb.
“Dəmiryolçular”ın idman direktoru Tomas Tsorn da istefaya göndərilib.
Zinnbauer bu ilin iyununda komandada işləməyə başlayıb. 12 oyundan sonra aktivində doqquz xala malik "dəmiryolçular" aşağı liqaya düşmə zonasında olmaqla 14-cü pillədə qərarlaşıb. Komanda bundan əvvəl oktyabrın 8-də Soçiyə 0:4 hesabı ilə uduzmuşdu.
Zinnbauer Almaniya çempionatında “Karlsrue” və “Maynts” klublarında yarımmüdafiəçi kimi çıxış edib. O, Almaniyanın “Hamburq”, İsveçrənin “Sankt-Qallen” və Cənubi Afrikanın “Orlando Piayrets”inə rəhbərlik edib.