MLS matçlarında “İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi İraq və Əfqanıstan müharibəsi veteranı olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, cangüdəni klubun ortağı Devid Bekhem götürüb. Məlumata görə, bütün matçlarda Messini ABŞ ordusunun keçmiş xüsusi təyinatlısı Yassin Çueko müşayiət edir.
Oyunlar zamanı o, meydanın kənarında olur.