“Liverpul”un futbolçusu Adam Lallana komandadan ayrılmaq niyyətindədir.
Lent.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yayda “mersisaydlılar”ı tərk etmək istəyir.
Lallananın “Liverpul”la sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Təcrübəli futbolçu yayda azad agent kimi başqa kluba keçməyi planlaşdırır. O, daha çox oynaya biləcəyi komandanın formasını geyinmək istəyindədir.
Qeyd edək ki, A.Lallana 2014-cü ildən “Liverpul”un şərəfini qoruyur. O, “qırmızılar”ın heyətində Premyer Liqanın cari mövsümündə 13 oyunda meydana çıxıb və 1 qola imza atıb.