UEFA və FİFA Avropa Premyer Liqasının yaradılmasına qarşı çıxdı
21 oktyabr 2020 16:19 (UTC +04:00)

UEFA və FİFA Avropa Premyer Liqasının yaradılmasına qarşı çıxdı

UEFA və FİFA Avropa Premyer Liqasının yaradılması ideyasına biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, Avropa və dünya futbol qurumları “Mançester Yunayted”, “Liverpul” və digər nəhəng klubların təşəbbüskarı olduğu yeniliyə qarşı çıxıb.

UEFA Çempionlar Liqasının olduğu vaxtda yeni turnirin darıxdırıcılığı barədə bəyanat yayıb: “Həmrəylik, divizionlarda yüksəlmək və aşağı düşmək, açıq liqalar prinsipləri müzakirə mövzusu deyil. Avropa futbolu məhz bunun üçün işləyir. Çempionlar Liqası dünyanın ən yaxşı idman yarışıdır. UEFA və klublar belə bir qüvvənin yaranması ideyasına ona görə sadiq qalmayıblar ki, bu, 10, 12 və ya 24 komandanın iştirakı ilə superliqa yaratmaqla məhv edilsin. Bu, çox darıxdırıcı olacaq”.

FİFA isə ümumiyyətlə məsələyə şərh vermək istəməyib: “FİFA zaman-zaman yaranan bu şayiə tipli mövzuları şərh etmək və buna qatılmaq istəmir. İnstitut strukturları və normativ-hüquqi baza həm milli, həm qitə, həm qlobal səviyyədə yaxşı inkişaf edib”.

Qeyd edək ki, 2022-ci ilə başlaması nəzərdə tutulan Avropa Premyer Liqasının yaradılması üçün 6 milyard avro lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Oxşar yazılar