“Barselona”nın futbolçusu İvan Rakitiç komandasını dəyişə bilər.
Lent.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi ilə “Atletiko” yaxından maraqlanır.
Madrid klubu təcrübəli xavbeki mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone yayda komandanın gücləndirilməsini istəyir. Onun rəhbərliyə təqdim etdiyi transfer siyahısında ilk pillədə məhz Rakitiçin adı qərarlaşıb.
Xorvatiya yığmasının üzvünün “Barsa” ilə müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub. Kataloniya təmsilçisi Rakitiçin gedişindən pul qazanmaq üçün bu təklifi dəyərləndirə bilər.
Qeyd edək ki, Rakitiç 2014-cü ildən “Barselona”nın formasını geyinir. O, La Liqanın cari mövsümündə 16 oyunda meydana çıxıb.