PSJ klubu futbolçusu Yulian Drakslerlə yolları ayırmağa hazırdır.
Lent.az-ın məlumatına görə, Fransa çempionu almaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunda əməkdaşlığı dayandırmaq niyyətindədir.
Parislilər Drakslerin transfer qiymətini də açıqlayıb. 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub 30 milyon avro xərcləməlidir.
Bu mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 15 oyunda iştirak edən Draksler 4 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ-nin gələcək planlarında yer almayan oyunçu ilə ölkəsinin “Şalke” və “Volfsburq” klublarının maraqlandığı bildirilir.
Qeyd edək ki, PSJ-yə 2017-ci ildə keçən Draksler əvvəllər həm “Şalke”, həm də “Volfsburq”un formasını geyinib.