“Barselona”nın direktoru Gilyermo Amor komandanın kapitanı Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında yaşanmış konflikti şərh edib.
Lent.az-ın məlumatına görə, o, “Barsa”nın adının hər kəsdən üstün olduğunu bildirib.
“Prezident Leo və Eriklə danışdı. Məsələ klubun daxilində həll olundu. İndiki məqamda belə söz-söhbətlər bizə ancaq mane olur. Odur ki, fikrimizi tam olaraq işə yönəltməliyik. Bütün problemlərin öhdəsindən birlikdə gəlməliyik. Təkcə onu deyə bilərəm ki, heç kim “Barselona”dan üstün deyil”, - o bildirib.
Qeyd edək ki, Abidal əksər futbolçuların “Barsa”nın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında çox çalışmadığını, Messi isə cavabında onun konkret ad çəkməli olduğunu bildirmişdi.