“Barselona”nın kapitanı Lionel Messinin klubun idman direktoru Erik Abidalla konflikt yaşamasından sonra “Mançester Siti” hərəkətə keçib.
Lent.az-ın məlumatına görə, İngiltərə çempionu argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Kataloniya klubundakı durumu diqqətlə izləyən “şəhərlilər” “pusqu”da dayanıblar. Messi “Barselona”dan ayrılmaq istəyəcəyi təqdirdə, “Mançester Siti” rəhbərliyi fürsətdən yararlanmağa çalışacaq. İngilislər 32 yaşlı futbolçuya fantastik maaş təklif etməyə hazırdırlar.
Komandanın baş məşqçisi Xosep Qvardiola sabiq yetirməsi ilə yenidən birgə çalışmağı çox istəyir.
Qeyd edək ki, 2004-cü ildən “Barselona”nın əsas komandasında oynayan Lionel Messi La Liqanın cari mövsümündə 17 oyunda 14 qol vurub.