“İnter” klubunun baş məşqçisi Antonio Konte İtaliya çempionatının 22-ci turunda “Udineze” ilə oyunda (2:0) dubl edən Romelu Lukaku haqda danışıb.
Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yetirməsinin bundan da yaxşı oynamaq potensialında olduğunu bildirib.
“Lukakunun üstün keyfiyyətləri çoxdur. Bunu bildiyimə görə deyə bilərəm ki, 2 qol vurmaq onun ən yaxşı göstəricisi deyil. Məhz Romelunun dublu sayəsində qələbə qazandıq və bu, məni sevindirir. Ancaq Lukakudan daha artığını gözləyirəm. Bütün komanda yoldaşları ilə yaxşı anlaşır. Mən onu “İnter”in aparıcı üzvlərindən biri sayıram”, - Konte bildirib.
Qeyd edək ki, R.Lukaku A Seriyasının cari mövsümündə 22 oyunda 16 qola imza atıb.