Futbol üzrə Türkiyə çempionatının 4 oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna İzmir şəhərində baş verən zəlzələ səbəb olub.
Super Liqanın VII turunun “Göztəpə” – “Alanyaspor” matçı qeyri-müəyyən müddətə keçirilib. 1-ci liqanın “Menemenspor” – “Ankaraspor” və “Altınordu” – “Royal Hastanesi Bandırmaspor”, 3-cü liqanın “Berqama Bələdiyəspor” – “Kozan Spor” qarşılaşmaları da eyni səbəbdən təxirə düşüb.
Qeyd edək ki, bu oyunların hamısı oktyabrın 31-nə planlaşdırılırdı.