AFFA 3 klubun futbolçularını diskvalifikasiya etdi
20 oktyabr 2020 13:28 (UTC +04:00)

AFFA 3 klubun futbolçularını diskvalifikasiya etdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunda baş verənlər müzakirə olunub.

“Neftçi”nin futbolçusu Mamadu Kane “Sabah”la qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib və komandasını 200 manat ziyana salıb.

“Səbail”in oyunçusu Adil Nağıyevin də cəzası eyni olub. O, “Keşlə” ilə görüşdə iki sarı vərəqəyə görə qırmızı alıb.

“Sumqayıt”la matçda son ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin futbolçusu Kərim Diniyev də 1 oyunluq cəza alıb. Paytaxt klubu 200 manat cərimələnib.

5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat xərcə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar